UEFA Çempionlar Liqasında ən yaxşı namizədlərin adları açıqlanıb

27 Fevral 2020 13:24

Xəbər 511 dəfə oxunub

Fevralın 27-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən oyunlara görə həftənin ən yaxşı futbolçusu adına Kevin de Brüyne (“Mançester Siti”), Serxio Buskets (“Barselona”), Serj Qnabri (“Bavariya”) və Ussem Aya (“Lion”) iddialıdırlar.xeber100.com