Cənubi Afrika Respublikasında Formula 1 festivalı keçiriləcək

28 Fevral 2020 13:17

Xəbər 650 dəfə oxunub

Martın 29-da Cənubi Afrika Respublikasında cari ildə birinci Formula 1 festivalı keçiriləcək. “F1 Joburg Festival” Yohannesburq şəhərində üç komanda – “Mercedes”, “Red Bull Racing” və “Renault”ın iştirakı ilə təşkil olunacaq.Azərtac xəbər verir ki, tədbirdə çempion komanda “Mercedes”i Valtteri Bottas, “Red Bull Racing”i Devid Kulthard təmsil edəcək. Festivalda Codi Şekterin də iştirakı təsdiqlənib. 1979-cu ilin dünya çempionu qalib gəldiyi “Ferrari” bolidi ilə Yohannesburq küçələrində sükan arxasına keçəcək.xeber100.com