Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən 51 komandadan 367 idmançı (311 oğlan, 56 qız) medallar uğrunda mübarizə aparıb.Fərdi yarışların sonuncu günündə daha səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.Oğlanlar arasında Nicat Məmmədli (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Cahangir Məcidov (90 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşləri qalib başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Xanım idmançıların mübarizəsində isə Vüsalə Kərimova (48 kq), Fəridə Səfərova (57 kq), Xədicə Rəşidova (70 kq) və Aytəkin Paşazadə (+78 kq) Azərbaycan çempionu adını qazanıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.Qeyd edək ki, gənc cüdoçuların respublika birinciliyinə fevralın 28-də təşkil olunacaq komanda yarışları ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…