“Səbail” futbol klubu 75-ci oyununu keçirib

2 Mart 2020 13:33

Xəbər 973 dəfə oxunub

Bakının “Səbail” futbol klubu Azərbaycan Premyer Liqasında yubiley – 75-ci oyununu keçirib.Azərtac xəbər verir ki, bu oyun çempionatın XIX turunun “Neftçi” ilə səfər matçına təsadüf edib. Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi yubiley – 15-ci bərabərliyinə imza atıb – 1:1.Bu qarşılaşma yeniliklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə Premyer Liqa oyununda avtoqol müəllifi olan birinci futbolçu kimi düşüb. Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.xeber100.com