“Yuventus”–“İnter” oyunu martın 9-da keçirilə bilər

3 Mart 2020 11:57

Xəbər 480 dəfə oxunub

İtaliya A Seriyasının 26-ci turunun koronavirusa görə təxirə salınmış “Yuventus”–“İnter” qarşılaşması martın 9-da keçirilə bilər.TASS informasiya agentliyi xəbər verir ki, bu haqda İtaliya Futbol Federasiyası (İFF) öz saytında bəyanat yayıb.Həmçinin bildirilib ki, “Milan”-“Genoa”, “Parma”- SPAL, “Sassuolo”-“Breşiya” və “Udineze”-“Fiorentino” oyunları martın 7-dən 9-dək keçirilə bilər.Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı min nəfəri ötüb.xeber100.com