Futzal üzrə Yüksək Liqada XVIII turun oyunlarına hakim təyinatları açıqlanıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları martın 5-də keçiriləcək.Tura “Xızı”-EKOL oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Əli Cəbrayılov olacaq.Saat 14:00-da start götürəcək “Yasamal”-“Marafon” qarşılaşması Anar Fərəcova tapşırılıb.“Bakı”-“Baku Fire” oyununda Rahin Heybətov ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.“Premier”-“Neftçi” arasında keçiriləcək oyuna Kənan Məlikov təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.Tura “Araz”-“Record” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Knyaz Əmiraslanov olacaq.Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.Qeyd edək ki, on dörd turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…