“Trabzonspor” klubu “Fənərbağça” komandası ilə qarşılaşıb

4 Mart 2020 12:24

Xəbər 744 dəfə oxunub

Martın 3-də futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Trabzonspor” klubu doğma meydanda “Fənərbağça” komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Medical Park Arena”da keçirilən oyun qarşılıqlı hücumlarla yadda qalıb. Görüşün 46-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Aleksandr Sorlot hesabı açıb. Trabzon təmsilçilərinin müdafiəçisi Filip Novak 66-cı dəqiqədə hesab arasındakı fərqi artırıb. Matçın 82-ci dəqiqəsində qonaq komandanın hücumçusu Vedat Muruqi fərqlənsə də, istanbulluların bundan artığına gücləri çatmayıb.Beləliklə, görüş 2:1 hesabı ilə “Trabzonspor”un xeyrinə bitib.Yarımfinal mərhələsinin digər oyunu martın 4-də “Antalyaspor” ilə “Alanyaspor” komandaları arasında keçiriləcək. Cavab qarşılaşmaları isə aprelin 21-22-də oynanılacaq.xeber100.com