Futbol üzrə “Avro-2021”in seçmə qrup mərhələsi çərçivəsində

6 Mart 2020 13:34

Xəbər 1048 dəfə oxunub

Futbol üzrə “Avro-2021”in seçmə qrup mərhələsi çərçivəsində martın 11-də keçiriləcək Azərbaycan–Polşa oyununa hakim təyinatları açıqlanıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristiana Mariana olacaq. Ona Petruta İuqulesku və Daniela Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını İuliana Demetresku yerinə yetirəcək.Azərbaycan–Polşa oyunu “ASK Arena”da saat 18:00-da başlayacaq.xeber100.com