“Çelsi” futbol klubunun hücumçusu mükafata layiq görülüb

6 Mart 2020 13:40

Xəbər 490 dəfə oxunub

İngiltərənin “Çelsi” futbol klubunun hücumçusu Tammi Abraham “Willow” fondu tərəfindən iki mükafata layiq görülüb.Azərtac xəbər verir ki, 22 yaşlı ingiltərəli hücumçu Londonda keçirilən mərasimdə həm İngiltərə çempionatında ilin gənc oyunçusu, həm də paytaxt klubları arasında ən yaxşı futbolçu mükafatına layiq görülüb. Hücumçuya mükafatları “Çelsi”nin sabiq müdafiəçisi Eşli Kol təqdim edib.Qeyd edək ki, T.Abraham cari mövsümdə London təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.xeber100.com