İngiltərə Premyer Liqasının 29-cü turunun növbəti oyunu keçirilib

8 Mart 2020 11:41

Xəbər 525 dəfə oxunub

Martın 8-də futbol üzrə İngiltərə Premyer Liqasının 29-cü turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda baş tutub.“Mançester Yunayted” öz meydanında “Mançester Siti” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı şeytanlar”ın heyətində Antoni Marsial və Skot Maktominay fərqləniblər.Bu qələbədən “Mançester Yunayted” xal ehtiyatını 45-ə çatdıraraq turnir cədvəlində beşinci yerə yüksəlib. “Mançester Siti” isə 57 xalla ikinci yerdə qərarlaşıb.Turun digər oyunlarında “Kristal Palas” öz meydanında “Vatford”u, “Şeffild Yunayted” isə “Norviç Siti”ni eyni hesabla məğlub edib (1:0). “Nyukasl Yunayted” isə səfərdə “Southenton” komandasından üstün olub (0:1). “Volvethemton” – “Brayton” oyununda qalib müəyyənləşməyib (0:0). London təmsilçisi “Arsenal” isə öz meydanında “Vest Hem” klubunu minimal hesabla məğlub edib (1:0).İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına “Liverpul” – “Bormunt” qarşılaşması ilə start verilib.“Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.xeber100.com