“Çelsi” futbol klubu “Barselona”nın qapıçısını transfer etmək istəyir

10 Mart 2020 15:50

Xəbər 525 dəfə oxunub

İngiltərənin “Çelsi” klubu İspaniyanın “Barselona” komandasının qapıçısı Mark Ter-Şteqeni transfer etmək istəyir.İspaniya mətbuatı xəbər verir ki, alman qolkiperin komandanın əsas qol silahı olan Lionel Messi ilə konflikti var.Fevralın 6-da məşq zamanı futbolçular arasında mübahisə baş verib.Daha əvvəl London təmsilçisinin Niderlandın “Ayaks” klubunun qapıçısı Andre Onana və İtaliyanın “Milan” komandasının qolkiperi Canluici Donnarummanı transfer etmək niyyətində olduğunu bildirmişdi.xeber100.com