Türkiyə “Qalatasaray” komandasının bugünkü məşqi ləğv olunub.Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İstanbul komandası axşam saatlarına planlaşdırılan məşqə çıxmayacaq.Həftəsonu “Beşiktaş”la keçirilən çempionat oyunundan (0:0) sonra koronavirus pandemiyası ilə əlaqədar futbolçulara ikigünlük istirahət verən baş məşqçi Fatih Terim bugünkü axşam üçün məşq planlaşdırmışdı. Sonradan məşqçi futbolçulara klubun bazasına gəlməməyi və evdə qalmağı tapşırıb.Xatırladaq ki, Fatih Terim “Beşiktaş”la oyundan sonra Türkiyə çempionatında görüşlərin koronavirus pandemiyasına görə təxirə salmasını istəmişdi.Qeyd edək ki, “Qalatasaray” XXI turdan sonra Türkiyə Superliqasında 50 xalla üçüncü pillədədir.Növbəti turun oyunları martın 20-22-də keçiriləcək. İstanbul komandası martın 22-də “Rizəspor”un qonağı olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…