Azərbaycan Kiber İdman Federasiyasının məlumatına görə…

29 Mart 2020 15:35

Xəbər 1153 dəfə oxunub

Azərbaycan Kiber İdman Federasiyası və “Gaming League Azerbaijan” Gənclər və İdman Nazirliyinin dəstəyi, “Topaz”ın baş sponsorluğu ilə onlayn turnirlərin təşkilinə hazırlaşır.Federasiyadan Azərtac-a bildiriblər ki, həmin yarışlarda ölkəmizdə yaşayan istənilən şəxs adi ev şəraitində səhhəti ilə bağlı heç bir təhlükə ilə üzləşmədən iştirak edə bilərlər. Bununla da kiberidman öz universal və innovasiya keyfiyyəti sayəsində məhz gələcəyin idman növü olduğunu bir daha isbatlamış olur. Hazırkı vəziyyətlə əlaqədar gənclərin yaranan asudə vaxtlarını evdən çıxmadan daha səmərəli və maraqlı keçirmələri, eləcə də bunun qarşılığında mükafat qazanmaları həm onların, həm də valideynlərin ürəyincə olacaq. Belə ki, ölkəmizin bütün FIFA20 həvəskarları üçün yeni, onlayn turnirlər seriyasına start verilir. Martın 29-da start götürəcək və #evdəqalevdənoyna şüarı altında keçiriləcək FIFA20 turnirlər seriyasında, iştirakçılar 6-12, 13-18 və 18-dən yuxarı yaş qruplarına bölünərək mübarizə aparacaqlar. Qaliblər müxtəlif pul mükafatları və hədiyyələrlə təltif olunacaqlar.xeber100.com