Azərbaycan Futzal Federasiyasının məlumatına görə…

30 Mart 2020 18:46

Xəbər 839 dəfə oxunub

UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə “Avro-2022″nin püşkatma mərasiminin tarixini dəyişib.Azərbaycan Futzal Federasiyasından Azərtac-a bildiriblər ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.xeber100.com