Dünya Güləş Birliyi yeni reytinq siyahısını açıqlayıb

7 Aprel 2020 19:19

Xəbər 513 dəfə oxunub

Dünya Güləş Birliyi sərbəst güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.C xəbər verir ki, reytinq siyahısının ilk onluğunda iki güləşçimiz yer alıb. Belə ki, Olimpiya çempionu Şərif Şərifov (97 kq) 40 xalla üçüncü pillədə qərarlaşıb. Cəmaləddin Məhəmmədov (125 kq) isə 34 xalla dördüncü pillənin sahibidir.Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan “Tokio-2020” Yay Olimpiya Oyunlarına sərbəst güləşçilərimizdən yalnız Ş.Şərifov lisenziya qazanıb.xeber100.com