Şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək

15 Aprel 2020 23:09

Xəbər 456 dəfə oxunub

Aprelin 19-dan 26-dək “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək.Azərtac xəbər verir ki, Qran-Pri turnirində 17 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və şahmat klublarının qeyd olunan yaşadək şahmatçıları iştirak edə bilərlər.Qran-Pri yarışları 7 mərhələdən ibarətdir. İlk 6 mərhələ seçmə, 7-ci mərhələ isə final xarakteri daşıyır. Seçmə mərhələlərdə yarışlar İsveçrə sistemi ilə keçirilir və 11 turdan ibarət olacaqdır.xeber100.com