Şahmat üzrə superturnirin oyunları baş tutacaq

19 Aprel 2020 20:04

Xəbər 767 dəfə oxunub

Aprelin 19-da hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci gününün oyunları baş tutacaq.Azərtac xəbər verir ki, bu gün keçiriləcək oyunlarda amerikalı Fabiano Karuana rusiyalı Yan Nepomnyaşi, fransalı Vaşe-Laqrav isə Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcəklər.Aprelin 18-də keçirilmiş ilk turun oyunlarında Maqnus Karlsen və amerikalı şahmatçı Hikaru Nakamuranı, çinli Liren Dinq FIDE bayrağı altında çıxış edən Əlirza Firuzcanı məğlub edib.Yekun nəticəyə görə L.Dinq 3 xalla turnir cədvəlində birincidir. M.Karlsenin 2, H.Nakamuranın 1 xalı var. Ə.Firuzcanın isə hələlik xalı yoxdur.Turnirin mükafat fondu 250 min dollardır.xeber100.com