Rumıniya Futbol İttifaqı videokonfrans şəkilində iclas təşkil edib

24 Aprel 2020 18:40

Xəbər 577 dəfə oxunub

Bu gün Rumıniya Futbol İttifaqı klub nümayəndələri ilə videokonfrans şəkilində iclas təşkil edib.Azərtac xəbər verir ki, əksər komandalar mövsümün bərpa olunmasını və çempionatın Türkiyədə davam etməsini dəstəkləyiblər.Rumıniya Futbol İttifaqı 2-3 həftədən sonra klubların çarter reysləri ilə Antalyaya gedəcəyini və həmin şəhərdə klub mövsümünü bərpa edəcəyini planlaşdırır. Milli çempionat oyunlarının Türkiyədə keçirilməsi ilə bağlı son qərarı Rumıniya hökuməti verəcək. Matçlar iyundan başlayaraq iyulun sonunda bitməlidir.Xatırladaq ki, Rumıniya futbol çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.xeber100.com