İngiltərə Premyer Liqası iyun ayında bərpa oluna bilər

29 Aprel 2020 17:50

Xəbər 510 dəfə oxunub

Koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə İngiltərə Premyer Liqası mövsümü iyunun 13-də davam etdirə bilər.Azərtac xəbər verir ki, federasiya və klub nümayəndələri mövsümü davam etdirməklə bağlı razılığa gəliblər.Liqa rəhbərliyi artıq çempionatın davamının müddəti barədə klublara, futbolçulara və məşqçilərə məktubla müraciət edib. Komandalar qrup məşqlərini mayın ortalarında başlayacaqlar. Son qərarı isə Böyük Britaniya hökuməti verməlidir.Qeyd edilir ki, bu işlə Britaniyanın Mədəniyyəti naziri Oliver Dauden məşğul olur. O, həmçinin başqa kütləvi tədbirlərin keçirilməsinə məsuliyyət daşıyır. Məlumata görə, nazir məhdudiyyətlərin ləğvi haqqında məhsuldar danışıqlar keçirib.İngiltərə Premyer Liqasının klubları turnirin 8 iyunda davam etdirilməsi məsələsini mayın 1-də müzakirə edəcəklər.xeber100.com