FIDE şahmatçıların aprel ayı üçün reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, koronavirus infeksiyası səbəbindən iddiaçılar turnirindən imtina edən şahmatçımız Teymur Rəcəbov 9-cu pillədəki mövqeyini qoruyub (2765). Qrossmeysterimiz Şəhriyar Məmmədyarov da əvvəlki kimi 11-ci pillədədir (2764).Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664, 74-cü yer), Rauf Məmmədov (2654, 90-cı yer) ilk yüzlükdə yer alıblar.Siyahıda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) ilk üçlükdə qərarlaşıblar.Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci yeri çinli Hou Yifan (2658) tutub. İkinci pillədə Hindistan şahmatçısı Humpi Koneru (2586), üçüncü yerdə isə rusiyalı Aleksandra Qoryaçkina (2582) qərarlaşıblar.Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443, 29-cu yer), Gülnar Məmmədova (2382, 77-ci yer) Xanım Balacayeva (2376, 86-cı yer) ilk yüzlükdə yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…