“Renn” futbol klubu hazırkı heyətini qorumağa çalışır

1 May 2020 18:47

Xəbər 504 dəfə oxunub

Fransanın “Renn” futbol klubu hazırkı heyətini qorumağa çalışır.Azərtac xəbər verir ki, komandanın mövsümü üçüncü pillədə başa vurması və növbəti ildən Çempionlar Liqasında çıxış etməsi bu addımı atmağa məcbur edib.Klub müqavilə ilə “Roma”ya məxsus olan və icarə əsasında komandada çıxış edən Stiven Nzonzi ilə müqavilənin müddətini artırıb. Otuz bir yaşlı yarımmüdafiəçi 2021-ci ilədək icarə əsasında “Renn”də çıxış edəcək.xeber100.com