“Lester Siti” klubu futbolçusunu transfer etmək istəyir

7 May 2020 08:54

Xəbər 504 dəfə oxunub

İngiltərənin “Lester Siti” klubu İtaliyanın “Atalanta” komandasının almaniyalı yarımmüdafiəçisi Robin Qosensi transfer etmək istəyir.Azərtac “Gazeta.ru” saytına istinadla xəbər verir ki, Lester təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 25 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib.Qeyd edək ki, “Çelsi”, “Lion” və “İnter” də R.Qosens ilə yaxından maraqlanır.xeber100.com