“Liberty Media” şirkətinin rəhbəri Çeyz Keri bəyan edib ki, əgər komandaların sahibləri danışıqları və yeni razılaşdırılma sazişini imzalamağa macal tapmasalar belə, Formula 1 çempionatının 2021-ci il mövsümü başlayacaq.Azərtac xəbər verir ki, “The Race” portalı Kerinin bu sözlərini sitat gətirir: “Koronavirusla bağlı bütün bu vəziyyət başlayanda biz yeni razılaşdırılma sazişi üzrə müzakirələrin final mərhələsinə yaxınlaşdıq. Bu səbəbdən biz başqa məsələlər barədə düşünə bilmədik. Biz müzakirələri təxirə salmağa və əsas diqqəti 2020-ci ilin problemlərinə yönəltməyə qərar verdik. Bu mövsümün təqvimi ilə bağlı bütün işlər yoluna qoyulacağı və bizim komandalarla yeni texniki reqlamentin şərtləri barədə yekun danışıqlar əldə ediləcəyi təqdirdə dərhal razılaşdırılma sazişinə qayıdacağıq.Qeyd edim ki, hətta biz danışıqlar aparmağa macal tapmasaq belə, o halda sadəcə deyə bilərik ki, bizim qüvvədə olan reqlamentimiz, qüvvədə olan strukturumuz var. Komandaları fakt qarşısında qoymaq olar – əgər onlar yürüşlərdə çıxış etmək istəyirlərsə, o zaman şərtlər belə olacaq. Qabaqcadan müəyyən olunmuş qaydalar uzunmüddətli perspektivdə sabitliyi təmin edəcək”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…