Millətlər Kubokunun superfinal mərhələsi keçiriləcək

10 May 2020 15:51

Xəbər 434 dəfə oxunub

Mayın 10-da şahmat üzrə Millətlər Kubokunun superfinal mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, turnirin qrup mərhələsini 17 xalla lider kimi başa vuran Çin komandası həlledici mərhələdə ABŞ yığması ilə mübarizə aparacaq.Qeyd edək ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması turniri 4 xalla sonuncu yerdə başa vurub. Millətlər Kubokunun qrup mərhələsində ABŞ və Avropa yığmaları hərəyə 13, Rusiya millisi 8 xal qazanıb.Xatırladaq ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.xeber100.com