Fransada son 20 ilin ən yaxşı futbolçusu seçilib

10 May 2020 17:17

Xəbər 453 dəfə oxunub

Liqa 1-in saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirib.Azərtac xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba birinci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib. Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.Qeyd edək ki, Droqba Fransada “Le-Man”, “Qenqam” və “Marsel” klublarında oynayıb.xeber100.com