“Tennis Point Exhibition Series” turniri keçiriləcək

14 May 2020 09:23

Xəbər 461 dəfə oxunub

Mayın 14-də Almaniyada “Tennis Point Exhibition Series” adlı üçüncü şou xarakterli turnir start götürəcək.Azərtac xəbər verir ki, 12 tennisçinin iştirak edəcəyi yarışda raketka ustaları iki yarımqrupda mübarzə aparacaqlar.Yarışda avstraliyalı Ramiz Cunaid, Böyük Britaniya təmsilçisi Yan Xoinski, livanlı Benyamin Hassan, Almaniya tennisçisi Yannik Hanfman və digərləri iştirak edəcəklər.Qeyd edək ki, birinci turnirin qalibi Y.Hanfman, ikinci yarışın çempionu isə Y.Xoinski olub.xeber100.com