Avropa ölkələrində futbol üzrə milli çempionatların bərpa tarixləri bir-birinin ardınca açıqlanır. Bununla bağlı növbəti rəsmi xəbər A seriyasına aiddir.Azərtac xəbər verir ki, pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri İtaliyanın da futbol həyatı tədricən canlanmağa başlayır. İtaliya Futbol Federasiyasının rəhbərliyi “A” seriyasında yarışların bərpa tarixini açıqlayıb. Uzun sürən müzakirələrdən sonra çempionatın iyunun 13-də qaldığı yerdən davam etdiriləcəyi bildirilib.Ölkədə mayın 4-dən fərdi qaydada məşqlərə icazə verilmişdi. Mayın 18-dən isə qrup şəklində hazırlıq mərhələsi başlanacaq. Komandalar oyunlara hazırlaşsalar da karantin rejiminə uyğun olaraq tibbi təhlükəsizlik tələblərinə ciddi şəkildə riayət edilir. İtaliyada yeni qaydalara əsasən əgər futbolçular arasında 1 yoluxma halı qeydə alınsa, turnir yenidən yarımçıq dayandırıla bilər.Hazırda A seriyasında 26 turdan sonra “Yuventus” 63 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Latsio” liderdən 1 xal geri qalır. Rəqiblərindən 1 oyun az keçirən “İnter” isə 54 xalla ilk üçlüyü tamamlayır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…