Paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatı təxirə salınıb

15 May 2020 09:56

Xəbər 449 dəfə oxunub

Gələn il Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatı təxirə salınıb.Azərtac xəbər verir ki, çempionat 2022-ci il avqustun 26-dan sentyabrın 4-dək keçiriləcək.Dünya çempionatının vaxtı “Tokio-2020” Yay Paralimpiya Oyunlarının koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salındığı üçün dəyişdirilib.Qeyd edək ki, “Tokio-2020” Yay Paralimpiya Oyunları gələn il avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.xeber100.com