Kamerun Futbol Federasiyası mövsümün yekunlaşdığını elan edib

16 May 2020 21:45

Xəbər 520 dəfə oxunub

Kamerun Futbol Federasiyası koronavirus pandemiyasına görə ölkə çempionatında mövsümün erkən yekunlaşdırıldığını elan edib.Azərtac xəbər verir ki, ölkə çempionatında 28 turdan sonra 47 xal toplayaraq lider olan “Bamenda” klubu çempion elan olunub. Komanda, yeni mövsümdə Afrika Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.Qeyd edək ki, Kamerunda ölkə çempionatı martın 17-də koronavirus infeksiyasına görə dayandırılmışdı.xeber100.com