Gimnastika Federasiyasının İcraiyyə Komitəsi daha iki turniri təxirə salıb

18 May 2020 11:15

Xəbər 526 dəfə oxunub

Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi daha iki turniri təxirə salıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İcraiyyə Komitəsinin qərarı ilə 2021-ci ildə keçirilməsi planlaşdırılan yeniyetmələr arasında idman və bədii gimnastika üzrə dünya çempionatlarının vaxtı dəyişdirilib. Təşkilatçılar bu qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasına görə veriblər.Qeyd edək ki, hər iki dünya çempionatı 2023-cü ildə təşkil olunacaq.xeber100.com