“Neftçi” futbol klubu müdafiəçisi ilə yeni müqavilə imzalayıb

1 İyun 2020 20:28

Xəbər 646 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu müdafiəçisi Anton Krivotsyukla yeni müqavilə imzalayıb.Azərtac Bakı təmsilçisinin rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, 21 yaşlı müdafiəçinin yeni müqaviləsi 2022-ci il mayın 31-dək nəzərdə tutulub.Qeyd edək ki, millimizin üzvü cari mövsümdə “Neftçi”nin heyətində keçirdiyi 24 oyunda və 4 qol vurub.xeber100.com