Tarixdə 88-ci dəfə təşkil olunacaq 24 saatlıq Le-Man marafonu koronavirus pandemiyasına görə iyundan sentyabra təxirə salınıb. Yarışın təşkilatçıları iyunda marafonu virtual formada keçirəcəklər.Azərtac xəbər verir ki, virtual yarış iyunun 13-14-də rFactor2 oyun bazasında baş tutacaq. Dünya Ralli Seriyası şirkəti, Fransa Qərb Avtomobil Klubu (ACO) və “Motorsport Games” studiyasının birgə keçirdiyi yarışda ümumilikdə 50 komanda iştirak edəcək. Hər komandada iki pilot və iki simreyser yer alacaq.Virtual yarışın iştirakçıları yaxın günlərdə açıqlanacaq.Qeyd edək ki, marafon Sarte trasında sentyabrın 19-20-də keçiriləcək. ACO avtomobil klubunun prezidenti və marafonun təşkilatçısı Pyer Fiyon deyib ki, yarışın əvvəlcə iyunun 13-14-də keçirilməsi nəzərdə tutulmuşdu. Marafonun təxirə salınmasını düzgün qərar kimi qiymətləndirirəm. Əsas məqsədimiz virusun geniş yayılmasının qarşısını almaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…