Milli Basketbol Assosiasiyası mövsümünün final seriyasında

3 İyun 2020 14:35

Xəbər 677 dəfə oxunub

Milli Basketbol Assosiasiyasının (MBA) 2019-2020-ci il mövsümünün final seriyasının yeddinci matçı oktyabrın 12-dən gec olmayaraq keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə “Twitter”dəki səhifəsində ESPN televiziya kanalının jurnalisti Edrian Voynarovski məlumat verib.MBA martın 12-də koronavirus pandemiyası səbəbindən müntəzəm mövsümü təxirə salıb. Daha əvvəl bildirilib ki, assosiasiya rəhbərliyi mövsümü 22 komanda formatında iyulun 31-də bərpa etməyi planlaşdırır.Bütün qarşılaşmalar Orlandoda keçiriləcək. Son qərar cümə axşamı MBA rəhbərliyinin iclasında veriləcək.xeber100.com