“Mançester Siti” klubu “Milan”ın futbolçusunu transfer edəcək

4 İyun 2020 14:01

Xəbər 629 dəfə oxunub

İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “Milan” komandasının əlcəzairli futbolçusu İsmael Bennaseri transfer etmək istəyir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola bu transferin gerçəkləşməsini şəxsən özü istəyib. Təcrübəli mütəxəssisin 22 yaşlı yarımmüdafiəçiyə zəng etdiyi və onunla transferlə bağlı danışdığı vurğulanıb.Qeyd edək ki, İ.Bennaserin təzminat qiymətinin 50 milyon avro olduğu bildirilir.xeber100.com