“Paris Sen-Jermen” klubunun hücumçusu transfer pəncərəsində

8 İyun 2020 14:40

Xəbər 674 dəfə oxunub

Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Neymar yay transfer pəncərəsində “Barselona”ya qayıtmağı düşünür.“El Mundo Deportivo” nəşri xəbər verir ki, futbolçu bir il əvvəl buna yaxın olsa da, klublar qiymət barədə razılığa gəlməyiblər. Nəşrin məlumatına görə, parislilər pandemiya səbəbindən ulduz hücumçu üçün alınan məbləği azaltmağa hazırdırlar.Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.xeber100.com