“Qalatasaray” komandası Çempionlar Liqasında mübarizə aparacaq

8 İyun 2020 14:43

Xəbər 645 dəfə oxunub

Türkiyənin “Qalatasaray” komandası növbəti mövsüm basketbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq.Azərtac xəbər verir ki, bu barədə klubun nümayəndəsi Ömər Cansever xəbər verib.Ötən mövsümədək Avroliqa bayrağı altında avrokubok turnirində mübarizə aparan İstanbul basketbolçularının qərarını dəyişməsinin səbəbi haqda məlumat yoxdur. Amma klub rəsmisi ictimaiyyətə Beynəlxalq Basketbol Federasiyası (FIBA) ilə anlaşmalarının təfərrüatına dair məlumat yayıb. Onun sözlərinə görə, Çempionlar Liqasında çıxış edən komandalara FIBA debüt mövsümündə 250 min avro ödəyir. Amma “Qalatasaray”ın marka dəyərinə görə FIBA onlara 350 min avro verəcək. O, qarşıdakı 5 mövsümdə bu liqada mübarizə aparacaqlarını açıqlayıb.xeber100.com