Beynəlxalq Olimpiya Komitəsinin konfransı keçiriləcək

9 İyun 2020 11:56

Xəbər 569 dəfə oxunub

İyunun 10-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının videoformat şəklində konfransı keçiriləcək.Azərtac BOK-un rəsmi saytına istinadla xəbər verir ki, İcraiyyə Şurasının iclasında əvvəlcə qurumun rəhbəri Tomas Bax hesabat məruzəsi ilə çıxış edəcək. Ardınca BOK-un Koordinasiya Komissiyasının və eləcə də, “Tokio-2020”, “Pekin-2022”, “Paris-2024” Olimpiya Oyunları Təşkilat komitələrinin hesabatları dinləniləcək. Koordinasiya Komissiyasının hesabatını qurumun rəhbəri Con Kouts təqdim edəcək.İcraiyyə Şurasının toplantısında həm də BOK-un 136-cı sessiyasına hazırlıqlar müzakirə ediləcək.Tədbirin sonunda BOK prezidenti Tomas Bax KİV nümayəndələrinin suallarını cavablandıracaq.xeber100.com