Almaniya kubokunun ikinci yarımfinal görüşü keçirilib

11 İyun 2020 09:34

Xəbər 608 dəfə oxunub

İyunun 10-da futbol üzrə Almaniya kubokunun ikinci yarımfinal görüşü keçirilib.Azərtac xəbər verir ki, bir oyundan ibarət görüşdə “Bavariya” “Allianz Arena”da “Ayntraxt” komandası ilə qarşılaşıb. Oyunda hesabı erkən qolla (14-cü dəqiqə) Münxen təmsilçisi açıb. İvan Perişiç Tomas Müllerin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Birinci hissədə hesab dəyişilməsə də, fasilədən sonra “Ayntraxt” hesaba tarazlıq gətirib. Oyuna yenicə daxil olmuş Danni Da Kosta adını tabloya yazdırıb. Qoldan altı dəqiqə sonra “Bavariya” yenidən hesabda önə keçib. Robert Levandovskiy çoxötürməli kombinasiyanı qola çevirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Bavariya” Almaniya kubokunun final mərhələsinə vəsiqə qazanıb. Paytaxt təmsilçisi həlledici görüşdə iyunun 9-da “Saarbrükken” klubunu 3:0 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” komandası ilə qarşılaşacaq.Final görüşünün iyulun 4-də keçirilməsi planlaşdırılır.xeber100.com