“Sumqayıt” futbol klubu “Qəbələ” ilə yoxlama oyunu keçirib

11 İyun 2020 09:38

Xəbər 770 dəfə oxunub

Azərbaycan Premyer Liqasına hazırlıqlarını davam etdirən “Sumqayıt” klubu iyunun 10-da “Qəbələ” ilə yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən matçda qalib müəyyənləşməyib. Görüşdə “Sumqayıt”ın qollarını Elvin Cəfərquliyev (8) və Amil Yunanov (73) vurub. “Qəbələ”nin heyətində isə Roman Hüseynov (42) və Nikolas Raysel (60) fərqləniblər.Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada 23 xalla 4-cü, “Qəbələ” isə 19 xalla sonuncu – 8-ci yerdədir. Turnirin iyunun 21-də bərpa ediləcəyi açıqlanıb.xeber100.com