Paytaxtın “Neftçi” futbol klubu hazırlıq çərçivəsində

13 İyun 2020 00:27

Xəbər 789 dəfə oxunub

Paytaxtın “Neftçi” futbol klubu hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüşdə “ağ-qaralar” qalib gəlib – 2:1. Hesabı 26-cı dəqiqədə qonaqların hücumçusu Rövlan Muradov açsa da, “Neftçi” fasiləyədək qollardan birinin əvəzini çıxıb. Matçın 40-cı dəqiqəsində Mirabdulla Abbasov fərqlənib. İkinci hissədə meydana daxil olan Dario Frederiko isə 63-cü dəqiqədə görüşdə son nöqtəni qoyub.Qeyd edək ki, “Neftçi” birinci sınaq matçında “Keşlə” üzərinə 3:1 hesablı qələbə qazanıb.