İspaniya mətbuatının məlumatına görə…

17 İyun 2020 12:06

Xəbər 788 dəfə oxunub

“Barselona” futbol klubu qapıçısı Andre Ter-Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.İspaniya mətbuatı xəbər verir ki, tərəflər danışıqlarda irəliləyiş əldə ediblər. Bildirilib ki, 29 yaşlı qapıçı ilə müqavilənin müddəti 2025-ci ilin yayınadək uzadılacaq. Onunla cari mövsümün sonunadək rəsmi müqavilə imzalanacağı gözlənilir.Qeyd edək ki, Ter-Ştegenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.xeber100.com