“Fənərbağça” klubu “Şaxtyor”un yarımmüdafiəçisini transfer edəcək

19 İyun 2020 14:00

Xəbər 1021 dəfə oxunub

Türkiyənin “Fənərbağça” klubu Ukraynanın “Şaxtyor” komandasının yarımmüdafiəçisi Aleksandr Zubkovu transfer etməyə hazırlaşır.Azərtac xəbər verir ki, Superliqa təmsilçisi ukraynalı legioneri icarəyə götürmək istəyir. Cari mövsümü Macarıstanın “Ferensvaroş” klubunda icarə əsasında keçirən 23 yaşlı yarımmüdafiəçi mövsümün sonunda Donetsk təmsilçisinə geri dönəcək.Bir müddət əvvəl yarımmüdafiəçiyə Belçika təmsilçiləri “Genk” və “Gent” də elçi düşüb. İtaliyanın “Sampdoriya” komandası da onun xidmətində maraqlıdır.Qeyd edək ki, A.Zubkov cari mövsüm Macarıstan çempionu adına yiyələnib. Yarımmüdafiəçi “Ferensvaroş”un heyətində keçirdiyi 36 oyunda 9 qolun və 6 məhsuldar ötürmənin müəllifi olub.xeber100.com