Fransa hökuməti futbol oyunlarını keçirməyə icazə verib

20 İyun 2020 22:14

Xəbər 1244 dəfə oxunub

Fransa hökuməti iyulun 11-dən ölkədə futbol oyunlarını tamaşaçılar ilə keçirməyə icazə verib.TASS informasiya agentliyi xəbər verir ki, stadionlara 5 minədək tamaşaçı buraxılacaq. Yeni mövsümün əvvəlinə yaxın bu say artırıla bilər.Fransa çempionatı koronavirus pandemiyasına görə aprelin 28-də 28 turdan sonra dayandırılıb. Fransa çempionatının 2019-2020-ci il mövsümünün qalibi “Paris Sen-Jermen” klubu elan edilib.Növbəti mövsümə avqustun 22-də start vermək planlaşdırılıb. Bu mövsüm Fransa liqa kuboku və Fransa Kubokunun keçirilməsi qüvvədə qalır.xeber100.com