Formula E yarışlarının 2021-ci il üçün ilkin təqvimi açıqlanıb

20 İyun 2020 22:24

Xəbər 1067 dəfə oxunub

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula E yarışlarının 2021-ci il üçün ilkin təqvimini açıqlayıb.Azərtac xəbər verir ki, gələn ildən yarış dünya çempionatı statusu alacaq. Çempionata yanvarın 16-da Çilinin paytaxtı Santyaqoda start veriləcək. Mövsümün sonuncu yarışı iyulun 24-25-də Londonda təşkil olunacaq ikigünlük yürüş olacaq.Çempionat çərçivəsində 12 yarışın təşkili nəzərdə tutulub.xeber100.com