İyunun 22-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində A qrupunun növbəti beş turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, yarışda Maqnus Karlsen, amerikalı Hikaru Nakamura, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Daniel Dubov, Aleksandr Qrişuk, hindistanlı Pentala Harikrişna mübarizə aparacaqlar.A qrupunun ilk beş turunun oyunlarından sonra Vladislav Artemiyev 3,5 xalla liderdir.Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin B qrupunda mübarizə aparır. Şahmatçımız artıq qrupun 5 turunda iştirak edib. Onun aktivində 1,5 xal var.Bu yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Seriya turnirinin birinci mərhələsi aprelin 18-dən mayın 3-dək keçirilib. “Magnus Carlsen Invitational” adlanan ilk turun qalibi norveçli dünya çempionu özü olub. Mayın 19-dan iyunun 3-dək keçirilmiş ikinci yarışda – “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.Seriyanın dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…