İspaniya La Liqasının 30-cu turunun oyunlarına yekun vurulub

22 İyun 2020 09:58

Xəbər 990 dəfə oxunub

İyunun 21-də futbol üzrə İspaniya La Liqasının 30-cu turunun oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyun günündə çempionluğa iddialı “Real Madrid” səfərdə “Real Sosyedad” komandasının qonağı olub.Görüş Madrid təmsilçilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı “Kral” klubu ikinci hissədə açıb. Qayda pozuntusuna görə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Serxio Ramos dəqiq yerinə yetirib. Matçın 68-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirsələr də baş hakim VAR (videonəzarət) sisteminə baxdıqdan sonra qolu saymayıb. Qarşılaşmanın 71-ci dəqiqəsində “Real Madrid” hesab arasındakı fərqi iki topa çatdırıb. Kərim Benzema Federiko Valverdenin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Görüşün 83-cü dəqiqəsində meydan sahibləri qollardan birinin əvəzini çıxıb. Mikel Mirino adını tabloya yazdırıb. Qoldan sonra irəli atılan “Real Sosyedad” fərqlənməyə yaxın olsa da hesabı dəyişə bilməyib.Bu qələbədən sonra xal ehtiyatını 65-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib, “Real Sosyedad” isə 47 xalla 6-cı yerdə qərarlaşıb.xeber100.com