İyunun 21-də futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “Çelsi” klubu səfərdə “Aston Villa” komandasının qonağı olub.Oyunda hesabı meydan sahibləri birinci hissəsinin (43-cü dəqiqə) sonlarında açıblar. Kortney Hause fərqlənib.Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətiriblər. Kristian Pulişiç cinah ötürməsindən sonra qapıya dəqiq zərbə vurub. Qoldan iki dəqiqə sonra “Çelsi” hesabda önə keçib. Olivye Jiru adını tabloya yazdırıb.Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.Bu qələbədən sonra xal ehtiyatını 51-ə çatdıran “Çelsi” turnir cədvəlində dördüncü yerini möhkəmlədib. “Aston Villa” isə 26 xalla 19-cu yerdə qərarlaşıb.Növbəti turda “Çelsi” son çempion “Mançester Siti”ni, “Aston Villa” isə “Volverhemton” klubunu qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…