İspaniya Liqasının 31-ci turunun növbəti oyunu keçirilib

24 İyun 2020 14:39

Xəbər 1022 dəfə oxunub

İyunun 23-də futbol üzrə İspaniya Liqasının 31-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Barselona” öz meydanında “Atletik Bilbao” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda yeganə qolun müəllifi 74-ci dəqiqədə İvan Rakitiç olub. O, Lionel Messinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran Kataloniya təmsilçisi turnir cədvəlində müvəqqəti olsa da birinci pilləyə yüksəlib. Bir oyun az keçirən “Real Madrid” 65 xalla ikinci yerdədir.“Atletik Bilbao” (42 xal) 10-cu yerdə qərarlaşıb.xeber100.com