“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

25 İyun 2020 13:02

Xəbər 1033 dəfə oxunub

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə imzalayıb.Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran” və “Keşlə” klublarının formasını geyinib.“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlini transfer edib.xeber100.com