Fişer şahmatı üzrə onlayn blits turniri keçirilib

29 İyun 2020 11:27

Xəbər 1064 dəfə oxunub

Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə iyunun 28-də Fişer şahmatı üzrə onlayn blits turniri keçirilib. Turnirdə Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Samux və digər regionlardan şahmatçılar mübarizə aparıblar.Azərtac xəbər verir ki, “Cənub mirvarisi” open blits turnirinin qalibi 9 turdan 8 xal toplayan Lənkəran şahmat məktəbinin yetirməsi, hazırda isə Türkiyədə yaşayan Elnur Əliyev olub. İkinci və üçüncü yerləri 7 xalla Gülsənəm Ağayeva (Lənkəran) və Aytac Məmmədova (Samux) tutublar.Yarış “Chess.com” onlayn platforması vasitəsilə təşkil olunub.xeber100.com